TERMİNLƏR LÜĞƏTİ
Carrier – Bağlamaların daşınılmasını öz üzərinə götürən şirkət və ya fiziki şəxs;
Customer – «Dropshop» saytında qeydiyyatdan keçib və şirkətin xidmətlərindən istifadə edən hər hansı bir fiziki şəxs;
Shipping address – bağlamanın çatdırılma ünvanı;
Billing address – bank kartının qeydiyyatda olduğu ünvan;
Order number – sifariş nömrəsi;
Tracking number – bağlamanın izləmə nömrəsi;
Order confirmation – satıcı tərəfindən sifarişin təsdiq edilməsi haqqında məlumat;
Shipping confirmation – bağlamanın ünvana göndərilməsinin təstiq edilməsi haqqında məlumat.
300 ABŞ DOLLARI LİMİTİ NƏDİR?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər bir təqvim ayı müddətində fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Limiti keçmiş hesab sahiblərinin bağlamaları səlahiyyətli orqan olan gömrük orqanı tərəfindən saxlanılır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanc haqqı hesablanır.
Zəhmət olmasa, sifariş verərkən diqqətli olun!
«TRACKİNG» NƏDİR?
Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya yol nömrəsi təyin edir.
Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Əksər hallarda ölkə daxili çatdırmaları üç poçt-kuryer xidmətləri həyata keçirir: UPS, FedEx və USPS; nadir hallarda isə - DHL. PİLLOT və s.
Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz
Çində necə alış-veriş etmək olar?
Bizimlə əlaqə saxlayaraq, alış şərtlərini müzakirə edərək və PayPal və ya bank köçürməsi kimi təhlükəsiz şəkildə ödəniş etməklə Çində alış-veriş edə bilərsiniz.
Çindən Azərbaycana mal gətirərkən gömrük rəsmiləşdirilməsindən necə keçirəm?
Çindən Azərbaycana mal idxal edərkən müəyyən sənədləri təqdim etməli və müvafiq gömrük rəsmiləşdirilməsi rüsumlarını ödəməli olacaqsınız. Bu prosesdə kömək etmək üçün gömrük brokeri və ya ekspeditorla işləməyiniz tövsiyə olunur.
"DROP SHOP" MMC nədir?
"DROP SHOP MMC” müxtəlif növ şirkət və sahibarlar üçün asanlaşdırılmış üsül ilə topdan və pərakəndə məhsulların xaricə / ölkə daxili çatdırılma servisini göstərir.
Sifariş üçün nəzərdə tutulan məhsullar haradan və hansı üsül ilə göndərilir?
Məhsullar Çin Xalq Respublikasından, hava nəqliyyatı vasitəsi ilə göndərilir. Çatdırlma yüksək səviyyədə yerinə yetirilir.
Çatdırılma müddəti nə qədərdir?
Çatdırlma müddəti sizin sifariş verdiyiniz məhsulun miqdarından asılı olaraq dəyişir. Ortalama sifarişlərimiz 15-25 gün ərzində tam şəkildə müştəriyə təhvil verilir.
Qiymətlər haqqında məlumatı necə əldə edə bilərik?
Qiymətlər məhsulun növünə və miqdarına görə dəyişir. Daha ətraflı məlumat mütəxəssislər tərəfindən sizə təqdim ediləcək.
Sifariş etdikdən sonra, necə azn ilkin ödəniş etmək lazımdır?
Sadəcə 30% odəyib və qalan məbləği məhsul sizə gələndə ödəyə bilərsiniz.
Ödənişlər necə həyata keçirilir?
Ödənişlər həm nəğd həm də POS terminal vasitəsi ilə ödənilir.
Sizinlə necə əlaqə saxlaya bilərəm?
Şəxsi mesaj qutusu və WhatsApp vasitəsilə.